FAQ

SUALLAR CAVABLAR

Bir avtomobil satın alınmadan əvvəl, avtomobilin bütün tarixi, sənədləri, dəqiq alış qiyməti hesablanır, bu zaman ümumi məbləğ Müştərinin büdcəsindən kənara çıxmamaq şərti ilə hesablanır.

Auksionda bir avtomobili satın almazdan əvvəl, gələcək avtomobil sahibi 1000 ABŞ dolları məbləğində sığorta əmanəti verir (bu müqavilədə nəzərdə tutulmuş əlavə aktla müəyyən edilir). Bu əmanət əlavə ödəniş deyildir, Müştərinin niyyətinin ciddiliyinin və Müştərinin avtomobil üçün ödəmə barədə fikrini dəyişməsi halında cərimənin hərrac hesabına ödənilməsinin şirkət üçün bir zəmanət rolunu oynayır. Yalnız bütün yoxlamalardan, yekun məbləğin təsdiqlənməsindən və Müştərinin təsdiqindən sonra şirkət seçilmiş avtomobili əldə etdir.

Müştəri, yoxlanılmış avtomobillərin miqdarından asılı olmayaraq və avtomobili satın almamışdan əvvəl səbəbini göstərmədən, istənilən vaxt sığorta depozitini geri götürə bilər. Tutulma halı o zaman baş verir ki, müştəri öz seçimini edir və onun istəyi ilə avtomobil hərracdan alınır, lakin Müştəri ödəniş günü avtomobilin tam məbləğini ödəməkdən imtina edir. Bu zaman cərimə olaraq şirkət hərracın hesabına müştərinin əmanət olaraq saxladığı məbləği köçürür.

Xeyr, Müştərinin passport məlumatları və alınan avtomobilini məlumatları invoysda göstəriləcəkdir.

Avtomobillər çox vaxt Amerikanın sığorta şirkətlərindən alınır. Hərraclar IAAI, Copart və Manheim. Amerikada hər gün çox sayda nəqliyyat qəzaları baş verir və onlar auksionlarda lot şəklində göstərilir.

Müştəri onun adına verilmiş invoysu (avtomobilin ödəniş sənədi) bank vasitəsi (SWIFT) ilə satın aldığı hərracın hesabına köçürür . Ödəniş bankın kassası vasitəsi ilə həyata keçirilir (vəsaitin tez alınması üçün Azər Türk Bank-ın filiallarında ödəmək daha məqsədə uyğundur).Əvvəlcə invoys bankın əməliyyatçısına təqdim olunur, sonra isə dollarla ödəniş etmək üçün kassirə müraciət edilir.

Avtomobil konteynerə yüklənməzdən əvvəl hər Müştəriyə 25-ə qədər limanda çəkilmiş fotoşəkillər göndərilir, bundan sonra – Gürcüstana gəlmə tarixi olan konteyner nömrəsi verilir. Gürcüstana çatdırılma, ümumiyyətlə 60-70 gün davam edir. Bu uzaq Kaliforniya limanıdırsa, bəzi hallarda bir neçə həftə daha gözləmək lazım olur

“USA INTER CARGO” şirkəti ABŞ-ın 7 limanında öz fəaliyyətini həyata keçirir: Houston TX, Indianapolis IN, Los Angeles CA, Newark NJ, Savannah GA, Savannah 2 GA, Monreal QC-dən avtomobilləri konsolidasiya edir və göndərir. Hərracdan avtomobili bu limanların birinə çatdırılma müddəti 3 gündən 10 günə qədər dəyişə bilər.

Avtomobil gəmiyə yükləndikdən sonra Müştəriyə konteyner nömrəsi verilir və Sifarişçi öz avtomobilini Gürcüstana qədər izləyəmək imkanı alır. Dəniz nəqliyyatı daşınma zamanı gəminin çatma vaxtı, daşıyıcı şirkətin internet səhifəsində qeyd olunan vaxtından bir neçə gün fərqli ola bilər.

Daşınma ilə dünyanın ən məşhur nəqliyyat şirkətləri məşğul olur: Maersk, Zim, Hapag-Lloyd, MSC, COSCO.

Əlbəttə ki, tamamilə bütün avtomobillər auksionda avtomobilin alış qiymətinin

1% -i məbləğində sığortalanır. Bütün bunlar müqavilədə nəzərdə tutulub

Gürcüstandan Azərbaycana mütəmadi olaraq avtomobillərin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəmiz işləyir (qiyməti 350 – 450 ABŞ dolları) və maşının miqdarı və modelindən asılı olaraq qiymətlər dəyişir. Həmçinin, Müştəri avtomobilini özü sürərək-də gətirə bilər.

Çatdırılma qiyməti avtomobilin yerləşmə yerindən və gediş limanından asılı olaraq dəyişir. Hərracdan Gürcüstan limanlarına (Poti, Batumi) çatdırılma qiyməti 875-1900 ABŞ dolları arasında dəyişir.